İyulun 4-də Azərbaycan və Rusiya dövlət məmurları arasında futbol üzrə yoldaşlıq görüşü keçirlib.
Strateq.az bildirir ki, “Dalğa Arena”da keçirlən oyun maraqlı anları ilə yadda qalıb.
Azərbaycan komandasına baş nazirin birinci müavini Yaqub Eyyubov, sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev, təhsil naziri Mikayıl Cabbarov, rabitə naziri Əli Abbasov, PA-nın aqrar siyasət şöbəsinin müdiri Vüqar Gülməmmədov təmsil edib. Komandaya həmçinin veteran futbolçulardan Şahin Diniyev, Mahmud Qurbanov daxil edilib.
Rusiyanı isə baş nazirin müavini Arkadi Dvorkoviç, energetika naziri Aleksandr Novak, Şimali Qafqaz üzrə nazir Lev Kuznetsov, veteran futbolçu Sergey Kiryakov, xokkey üzrə dünya çempionu Aleksandr Oveçkin təmsil edib.
Maraqlı gedən oyun zamanı Rusiya 6-2 hesabı ilə qalib gəlib.
Strateq.az “Sputnik”ə istinadən fotoları təqdim edir: