1-ci Avropa Oyunları zamanı yadda qalan qaliblərdən biri də qızıl medal sahiblərindən olan Rəsul Cunayev oldu.
O,yarışda qalib gəldikdən sonra Ali Baş Komandana əsgər salamı verməklə milyonların rəğbətini qazanıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Cunayev ötən gün DSX-nın rəisi tərəfindən leytenant rütbəsi ilə təltif edilib. Video çarxda Avropa Oyunlarında iştirak edən və təltif edilən digər sərhədçi idmançılar da yer alıb.
Xatırladaq ki, güləşçimiz Rəsul Cunayev qələbəsindən sonra Azərbaycan bayrağı ilə arenada dövrə vuraraq prezident İlham Əliyevə əsgəri salam vermişdi.