XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 11:26

Dilimizə 2500 yenitermin daxil olub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və dosent Sima Quliyevanın birgə hazırladiqları “İzahlı terminlər lüğəti”nin birinci cildi nəşr olunub.

Trend-ə şöbədən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının və Dilçilik İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilən lüğətdə elm və texnikanın müxtəlif sahələrində işlənən 2.500 yeni termin toplanıb, onların izahı verilib.

Nəşrin baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktorları AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, mərhum akademik Tofiq Hacıyev, rəyçiləri professor B.Xəlilov və filologiya elmləri doktoru İ.Abbasovdur.

Lüğətdən müxtəlif sahə mütəxəssisləri, doktorantlar və elmi işçilər istifadə edə bilərlər.