Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sabah , saat 10:30-da Sumqayıt şəhərində “Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda İşgüzar Forum keçiriləcək.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Sumaqyıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Qubadlı rayonlarının icra hakimiyyətlərinin rəhbərliyi, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin nümayəndəsi və bələdiyyə sədrləri iştirak edəcəklər.
Strateq.az Komitəyə istinadən xəbər verir ki, tədbirin məqsədi Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsindən irəli gələrək dövlət torpaqlarının mühafizəsinə vahid mərkəzdən dövlət nəzarətinin həyata keçirilməsi, belə torpaqlarından qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərin, habelə torpaq müfəttişlərinin fəaliyyəti barədə tədbirlərin açıqlanmasıdır.
Eyni zamanda torpaq münasibətlərinin vahid mərkəzdən dövlət tənzimlənməsi və torpaq bazarının təşkilində Komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbirdə iştirak etmək istəyən KİV nümayəndələrinin 10 iyul 2015-ci il tarixində saat 10:30-da Sumqayıtın Tarixi Muzeyində olmaları xahiş olunur.
Strateq.az