XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 13:46

Sahibkarlar hansı problemlərdən daha çox şikayət edirlər? –Vergilər Nazirliyi statistikanı açıqladı

Vergiler Nazirliyi

2016-cı ilin 1-ci yarım ilində vergi orqanlarına 48 653 müraciət daxil olub. Onlardan 96,9%-i ərizə, 2,9%-i şikayət, 0,2%-i təklifdir.

Vergilər Nazirliyindən verilən xəbərə görə, müraciətlərin 50,7%-i müxtəlif arayışların alınması, 20,8%-i kameral vergi yoxlamaları, 7,6%-i vergi borcları, 1,9%-i səyyar vergi yoxlamaları, 1,9%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,3%-i operativ vergi nəzarəti tədbirləri, 0,4%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 13,5%-i digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,0%-i müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1% azalıb. Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 2 216 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu qrafikinə əsasən vergilər naziri tərəfindən fevral ayının 25-də Oğuz, aprel ayının 29-da Neftçala, may ayının 20-də Yardımlı, iyun ayının 17-də Qusar şəhərində vətəndaşların səyyar qəbulları keçirilib, bu qəbullarda ümumilikdə 123 nəfər vətəndaş qəbul edilib.

APA