XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyul 2016 - 14:38

Təhsil Nazirliyi:"Yeni tədris ilindən SABAH qrupları yaradılmayacaq"

saBAH 678

2016/2017-ci tədris ilindən bəzi ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, 2016/2017-ci tədris ili üçün SABAH qruplarına tələbə qəbulu müsabiqəsi zamanı test imtahanında iştirak etmiş, müvafiq olaraq keçid balını toplamış tələbələrin sayı akademik qrupun formalaşdırılması üçün tələb olunan minimal saydan (15 nəfər) az olduğu üçün bəzi ixtisaslar üzrə SABAH qrupları yaradılmayacaq.

Bu ixtisaslara məktəbəqədər təlim və tərbiyə, fizika, psixologiya, tarix, ekologiya mühəndisliyi, elektrik mühəndisliyi və biotibbi texnologiya mühəndisliyi daxildir.

APA