XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 20:46

AMEA-da Vahid ElektronKataloq yaradılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “AMEA-da elektron elmi-intellektual bazanın yaradılması” mövzusunda keçirilən konfransın nəticələrinə əsasən Vahid Qeydiyyat Sisteminin (VQS) tətbiqi ilə akademiyanın institut və müəssisələrinin Vahid Elektron Kataloqunun yaradılması zərurəti yaranıb.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasından Azərtac-a bildiriblər ki, bu ilin mart-aprel aylarında MEK-in əməkdaşları tərəfindən Vahid Qeydiyyat Sistemi (VQS) hazırlanıb istifadəyə verilib.

AMEA institut və müəssisələrində VQS-nin tətbiqi ilə bağlı təlim-məşğələ keçirilib. Təlimdə VQS-nin təqdimatı, onun tətbiqi ilə əlaqədar çətinliklər və tələblər, eləcə də VQS-in hər müəssisə üçün ayrı-ayrılıqda MEK-də təlimat cədvəli razılaşdırlıb. Həmçinin növbəti müddətdə AMEA-nın bütün təşkilat və müəssisələrinin kitabxana və fondları üçün MEK-də iş yerlərində həmin sistemin tətbiqi ilə bağlı məşğələlər keçirilib.