XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 09:55

Fars dilindən Azərbayacan dilinə 8 kitab tərcümə olunub –İran səfirliyi

ibrahimi

Ötən üç ayda Azərbaycanda fars dilindən Azərbaycan dilinə  8 kitab tərcümə və çap edilib.

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Seyid İbrahim İbrahimi bildirib.

Tərcümə olunan kitablar bunlardır:  “İŞİD  cərəyanının fikri və siyasi zəminləri”, İranın 30 müasir yazıçı və şairinin təqdimi, “Gənc şiənin vəhhabilərin suallarına cavabı”, "Mərhəmət müraciətini gətirən, peyğəmbərlik mərhəməti və cahillik kobudluğu", “Fars dili və ədəbiyyatı məsələləri”, Ayətullah Cəfər Sübhaninin "Yaxşı mübarizə" və "Dini plüralizm" kitablarına şamil olur.

“Ötən üç ayda həmçinin İranın Mədəniyyət Mərkəzinin köməyilə "Gizli xəzinə" və "Nurlu şəhər" kitabları Azərbaycan dilində çap edilib. Bu iki kitab yaxın gələcəkdə fars dilinə tərcümə ediləcək”.

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi deyib ki,  məşhur şairlər Xaqani-Şirvani və Məhəmməd Hüseyn Şəhriyarın anım mərasimlərinin Bakıda keçirilməsi planlaşdırılar.

Həmçinin  İranda Azərbaycanın,  Azərbaycanda İranın mədəniyyət həftələri təşkli olunacaq.