Urmiya gölünün bərpası üzrə proqramın 90%-i reallaşdırılıb.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə Şərqi Azərbaycan valisinin abadlıq işləri üzrə müavini Purmehdi Urmiya gölü üzrə Mədəni-İctimai Şuranın iclasında deyib.
Onun sözlərinə görə, Urmiya gölünün bərpası üçün Şərqi və Qərbi Azərbaycan, Kürdüstan vilayətlərində müxtəlif təyinatlı 19 proqram icra olunub: “Urmiya gölündəki suyun miqdarı təqribən üç milyard kubmetrdir. Bu miqdar ötən il ilə müqayisədə bir milyard 100 milyon kubmetr artıb”.