XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 İyul 2016 - 13:19

“ABŞ Azərbaycanla fəal əməkdaşlıq edir”- USAİD

"ABŞ insan alverinə qarşı mübarizə sahəsində Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələri ilə fəal əməkdaşlıq edir. İnsan alveri müasir dövrün çağırışlarındandır".

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiyasının direktoru Mikaela Meredit Ümumdünya insan alverinə qarşı mübarizə günündə həyata keçirilən ictimai maarifləndirmə kampaniyasının açılışında çıxışı zamanı deyib.

M.Meredit bildirib ki, ABŞ tərəfdaş olaraq insan alverinə qarşı mübarizə sahəsində Azərbaycana yardım edir: "Biz bu sahədə "Azərbaycan-2020: Gələcəyə baxış" konsepsiyasına uyğun olaraq Azərbaycana yardım edirik. USAİD Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə insan alverinə qarşı birgə mübarizə sahəsində fəal əməkdaşlıq edir. ABŞ-ın Dövlət Departamenti bu problemə qarşı mübarizə aparmaq üçün Səhiyyə Nazirliyi və Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi ilə birgə layihələr həyata keçirir. Azərbaycan hökumətinin insan alverinə qarşı mübarizə sahəsində göstərdiyi fəal əməkdaşlığı alqışlayırıq".