XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

10 İyul 2015 - 14:33

“Torqovı” dünyanın ən bahalı küçələri siyahısında…

“Torqovı” dünyanın ən bahalı küçələri siyahısında...

İngiltərənin “Daily Mail” nəşri şoppinq üçün dünyanın ən bahalı küçələrinin siyahısını tərtib edib.

Oxu.az xəbər verir ki, siyahıda Bakıdakı Nizami küçəsi (keçmiş Torqovı) də yer alıb.
“Bakının mərkəzindəki Nizami küçəsində geniş piyada və ticarət meydanı var. Bu küçədə yalnız bahalı pərakəndə ticarət mərkəzləri deyil, həmçinin bir sıra Avropa ölkələrinin səfirlikləri də var. Əgər hətta siz alış-veriş etmək istəmirsinizsə, Barokko stilindəki arxitektura sizi mütləq valeh edəcək”, – nəşr qeyd edib.
Qeyd edək ki, dünyanın ən bahalı küçələrinin siyahısına həmçinin Nyu-Yorkdakı 5-ci avenyu (ABŞ), Monten Avenyu – (Paris), Nyu-Bond küçəsi (London) və digərləri də daxil olub.