XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

30 İyul 2016 - 15:11

Mütəxəssislər qida zəhərlənməsi riskini azaltmağınyolunu tapıblar

Mütəxəssislər qida zəhərlənməsi riskini azaltmağın yolunu tapıblar.

Azərtac “meddaily.ru” saytına istinadla xəbər verir ki, mütəxəssislər yumurtalar üçün gümüş nanozərrəcikli kağız qutu hazırlayıblar. Alimlərin sözlərinə görə, bu cür qablaşdırma yumurtaların saxlanma müddətini xeyli artırar. Söhbət tərkibində gümüş, jelatin və xitozan olan örtükdən gedir. Örtük kağız qutunun üstünə çəkilir (bu örtük, təəssüf ki, plastik materialla uyğun gəlmir). Yuxarı hissə quruyandan sonra qutu qida məhsullarını saxlamağa hazırdır.

Sübut edilib ki, müvafiq örtük gümüş nanozərrəcik sayəsində mikrob əleyhinə güclü xassəyə malikdir. Beləliklə, yeni qutu yumurtanı 14 gündən 30 günədək saxlamağa imkan yaradır. Yeri gəlmişkən, mikrob əleyhinə materialla örtülən kağız tara çox yaxşı emal edilir.