XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

31 İyul 2016 - 13:34

Övladlığa verilmiş 200 azərbaycanlıuşaq geri alınıb

usaq

Azərbaycanda hər il xeyli kimsəsiz uşaq müxtəlif ailələr tərəfindən övladlığa götürülür. Övladlığa götürülən 3 yaşına qədər uşaqlar Səhiyyə Nazirliyinin, 3 yaşdan yuxarı uşaqlar isə Təhsil Nazirliyinin nəzdindəki müzəssisələrdə yaşayanlardır.

Lakin bir sıra hallarda övladlığa götürülən uşaqların heç də hamısının bəxti gətirmir. Və məhrəmələr vasitəsilə övladlığa götürülən uşaqları barədə qərarlar ləğv edilir. Bu, övladlığa götürənin davranışları və digər səbəblərdən baş verə bilir.

Modern.az saytı son bir neçə ildə övladlığa götürülməsi barədə qərarlar ləğv edilən uşaqların sayını dəqiqləşdirib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2013-cü ildə 60, 2014-cü ildə 69 nəfər uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib.

2015-ci ildə isə 66 uşağın övladlığa götürülməsi barədə qərarlar ləğv edilib. Bəxti gətirməyən 1-17 yaşlı bu uşaqlardan 30-u qız, 36-sı isə oğlandır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə 961, 2014-cü ildə 918, 2015-ci ildə 805 uşaq övladlığa götürülüb.