XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2016 - 12:00

Ailə qurmaq üçün müayinədən keçən 7 min 503 nəfərdətalassemiya daşıyıcılığı aşkarlanıb

Ötən ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb.

Müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək ailə qurmaq istəyən 152 min 659 nəfər müayinədən keçib. Müayinə olunanların 7 min 503-də talassemiya daşıyıcılığı aşkarlanıb. Bununla yanaşı, 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb və həmin şəxslərə müvafiq məsləhətlər verilib.