Bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib ki, ekspertizanın nəticələri Ukraynadan Azərbaycana gətirilən toyuqların 30%-nin sudan ibarət olduğunu göstərib: "Bu gün dövlət orqanının keçirdiyi ekspertizanın nətiçələrini əldə etdik.Məlum oldu ki, doğurdan da Ukraynadan idxal olunan toyuqların 30 faizi sudur. Norma isə 4% təşkil edir. Təəssüf ki, biznes qurumları onlar üçün yaradılmış bu rahat şəraiti düzgün qiymətləndirmirlər və vəziyyətdən suı-istifadə edirlər. Bundan əvvəl KİV bunu yazanda çoxları "böhtandır" deyirdi, AİB bunu sübut etdi".