XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 07:12

“Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi uğurla davam edir

layihe_7.jpg

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Tamerlan Turabov tərəfindən Quba rayonunda icra olunan “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Tədbir Quba Dövlət Sosial İqtisad Kollecində Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının məsləhətçisi Qılman Qürbətov və Kollecin tələbələrinin iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə layihə rəhbəri Tamerlan Turabov açıb. T. Turabov layihənin donoru olan Gənclər Fondu və onun yaranmasından, bu gün respublikada prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətindən və həyata keçirilən layihənin məqsədindən danışıb.

Layihə rəhbəri respublikamızda uğurla keçirilən “Bakı 2015” ilk Avropa Oyunlarından, qısa vaxt ərzində dövlətimiz tərəfindən “Bakı 2015” üçün bütün hazırlıqların yüksək səviyyədə təşkil olunmasından, bütün dünyanın diqqətinin Azərbaycana yönəlməsindən danışıb.

2010-cu ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə ekologiya ili elan edilməsini deyən T. Turabov ekologiya ili çərçivəsində bu gün də müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında maarifləndirmə işlərininaparıldığını qeyd edib.

Layihə rəhbəri qeyd edib ki, 2014-cü ildə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “ümumrespublika Yaşıl Marafon” layihəsi başladılmışdır və layihə çərçivəsində ölkə ərazisində ümumilikdə 1,5 milyona yaxın müxtəlif cinsli ağaclar əkilib. “Yaşıl Marafon” başlandığı ilk gündən etibarən ictimaiyyət tərəfindən geniş maraqla qarşılanıb və dövlət qurumları, özəl şirkətlər, vətəndaş cəmiyyəti nümayəndələri onun gedişatında xüsusi fəallıq nümayiş etdiriblər. Ağacəkmə aksiyalarına ölkəmizin 76 rayon və şəhər icra hakimiyyəti qoşulub, o cümlədən də Quba rayonu.

Tədbir iştirakçılarına layihənin məqsədi haqqında məlumat verən T. Turabov zəngin təbiətə malik Quba rayonunda rəhbəri olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

layihe_8.jpg

Strateq.az