XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 12:06

“Sovetski”dəki tarixi binalar narazılıq yaradıb, Nazirlər Kabinetinə yeni təklif verilib – VİDEO
Yasamal rayonunun “Sovetsi” kimi tanınan ərazisində tarixi binaların bir qismi söküləcək.
ANS TV-nin məlumatına görə, “Sovetsi”də aparılan söküntü və yenidənqurma işləri fonunda tarixi binaların aqibəti ilə bağlı suallara aydınlıq gətirilib. Binalardan bir qismi sökülsə də, saxlanılanlar da az olmayacaq.

100 ildən çox tarixi olan binalara “Sovetski”nin hər yerində rast gəlmək olar. Bu binalar neçə-neçə dahi şəxsiyyətlərə ev sahibliyi etmiş və sonradan da onların ev muzeyi kimi fəaliyyət göstərib. “Sovetski”nin sökülməsilə bağlı qərar verildikdə də ilk ağıla gələn bu binaların haqqında veriləcək qərar idi.

Memar Aytəkin İmranovanın fikrincə, əgər tarixi əhəmiyyət daşıyan binalar dövlət reysterinə salınıbsa, onlar heç vaxt sökülə bilməz.

Onu da qeyd edək ki, tarixi binaların tarixinin araşdırılması və restavrasiyası üçün baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında Mədəniyyət və Turizm Nazirliyi nəzdində yaradılmış xüsusi qrup həmin ərazidə araşdırmalar aparıb.

Qrupun üzvü Arif Əliyev bildirib ki, ərazidə aparılan təhqiqat işləri zamanı mövcud binaların bir qisminini tarixi olmadığı müəyyən edilib. Məhz sökülənlər də həmin binalar olacaq.
çiyinlərdə tarixin yükünü daşıyan binalar yeni “Sovetski”nin görkəminə uyğunlaşdırılmaqla saxlanılacaq.

Tarixi əhəmiyyət kəsb edən və sökülməyəcək binaların sayı 113-dür.

Arif Əliyev onu da əlavə edib ki, dövlət qeydiyyatına alınmış 171 abidə var. Əvvəlcə bunlardan 76-nın sökülməsi, 95-nin isə saxlanılmasına qərar verilmişdi. Sonradan daha 18 abidə əlavə olunmaqla ümumilikdə 113 abidənin saxlanılması Nazirlər Kabinetinə təklif olunub.