XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2015 - 08:07

Şirvandakı silah zavodunda baş vermiş partlayışda yaralanan qadın öldü

sirvan zavod.jpg

Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərindəki “Telemexanika” Zavodunda baş vermiş partlayış nəticəsində xəsarət alanlardan daha biri Respublika Yanıq Mərkəzində vəfat edib.

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, 1961-cı il təvəllüdlü Muradova Gülnarə Vəlixan qızı bu gün səhər saat 7 radələrində reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, iyulun 7-də zavodun sexlərinin birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olub, nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.

Baş verən hadisə zamanı 2 nəfər ölüb, 19 nəfər xəsarət alıb.