XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

15 İyul 2015 - 11:05

Pensiyaçılara şad xəbər – DSMF pulları vaxtından əvvəl köçürdü
dsmf-bina-yenni.jpg
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Ramazan bayramı ərəfəsində əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.
DSMF-dən Strateq.az-a verilən məlumata görə, qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq, bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edilib:
“Belə ki, DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.
İyulun 1-nə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 060 nəfər təşkil edir. Onların 60,4 faizini yaşa görə, 28,6 faizini əlilliyə görə, 11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir”.