XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

14 Mart 2015 - 08:24

Bakıda bayram yarmarkaları açıldı

yarmarka-bazarBakıda bu gündən bayram yarmarkaları açılıb. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalar Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının və möhtəkirliyin qarşısının alınması məqsədi ilə keçirilir.
Martın 19-dək fəaliyyət göstərəcək yarmarkalarda paytaxtın müxtəlif rayonlarında və ünvanlarında kənd təsərrüfatı məhsullarının satışı təşkil ediləcək.
Bayram yarmarkaları aşağıdakı ünvanlarda olacaq:

Xətai rayonu (2 ünvanda) – Ukrayna dairəsinin yanı;
– Bakı kinoteatrının yanı;
Nəsimi rayonu – S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi;
Yasamal rayonu – Akim Abbasov küçəsi, İran klinikasının yanı;
Nərimanov rayonu – Gənclik metrosunun yanı;
Səbail rayonu – Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası;
Suraxanı rayonu (2 ünvanda) -Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı

-Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12;
Binəqədi rayonu -Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.