XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

11 Avqust 2016 - 12:58

Abituriyentlərin ixtisas seçimibaşa çatıb

İmtahan

 Azərbaycanda ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb.

“Report”un məlumatına görə, I-IV ixtisas qrupları üzrə 38 117 abituriyent öz ixtisasını seçərək təsdiq edib. Onlardan 33 107 nəfəri Azərbaycan, 3 522 nəfəri isə rus bölməsinin abituriyentlərdir. 440 abituriyent isə elektron ərizələrinə daxil olsalar da, ixtisas seçimlərini təsdiqləməyiblər.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət alan 1488 abituriyent də elektron ərizələrinə daxil olaraq ixtisas seçimini həyata keçirib. Onlardan da 1 299-u Azərbaycan, 189-u isə rus bölməsinin abituriyenti olub.