XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 13:44

Təhsil Nazirliyində daha bir müəmmalı olay –Generalın oğlu işdən çıxıb, yoxsa məzuniyyətdədir?

naqiyev-i-1

 

Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri İlham Nağıyev vəzifəsindən gedib.

Bu haqda məlumatı bizimyol.info saytı yayıb.

Saytın məlumatına görə, onun məzuniyyətdən əvvəl ərizə yazaraq işdən çıxdığı bildirilir. İlham Nağıyevin ərizə yazaraq işdən çıxmasına səbəbin nazirlikdə baş verən olaylarlarla bağlı olduğu bildirilir. 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdir müavini Cəsarət Valehov Bizimyol.info saytına açıqlamasında İlham Nağıyevin məzuniyyətdə olduğunu, onun işdən azad olunması haqda məlumatının olmadığını bildirib. 

Qeyd edək ki, İlham Nağıyev peşəkar, yüksək təhsil səviyyəli gənc kadrlardan biridir. O, xaricdə oxuyub.

İlham Nağıyev keçmiş MTN generalı, hazırda isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini Əli Nağıyevin oğludur.

Xatırladaq ki, Keçmiş milli təhlüksizlik nazirinin müavini postundan həmin qurumun o zamankı rəhbəri Eldar Mahmudovla fikir ayrılığı zəminində istefaya getmiş, hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev keçmiş MTN rəhbərliyinin dövlətə, ölkə prezidentinə  və milli maraqlara qarşı yönəlmiş fəaliyyətinin, həmin qurumdakı cinayətkar dəstənin ifşa olunmasında mühüm rol oynayıb.