XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2016 - 17:32

Türkiyənin Anadolu Dövlət Universiteti Bakıda tədbir keçirdi

Anadolu-1

Türkiyənin Anadolu Dövlət Universitetinin tələbəsi olmağa hazırlaşan abituriyentləri məlumatlandırmaq və Universitetdə Azərbaycandan distant formada təhsil alan əlaçı tələbələrə "Yüksek Onur Belgesi" təqdim edilməsi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Türkiyə Cumhuriyyətinin Azərbaycandakı səfiriliyinin katibi Öznur Tübençokrak, Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov, Azərbaycan Türkiyə İş Adamları Birliyinin İH-nin Sədri Cemal Yangın, Anadolu Universitetindən Dos.Dr. Ahmet Emre Demirci və Orhan Gültekin, "İSR" Holdinqin Vitse-Prezidenti Zafer Tangil, "Park İnn" otelin Baş Meneceri Ahmet Can Yeşildağ, "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin Sədri Mətanət Əsgərqızı, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB-nin Sədri Zaur Qəriboğlu, "Karabakh Today" saytının baş redaktoru Oktay Hacımusalı, "Eko Ekspert" İB-nin Sədri və Reaksiya.az saytının Baş Redaktoru Şəbnəm Rafaelqızı, Vəkillər Kollegiyasının üzvü Azər Mustafayev, abituriyentlər, tələbələr, məzunlar və valideynləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Türkiyədə 15 iyulda baş vermiş hərbi çevrilişə cəhd zamanı demokratiya yolunda qəhrəmancasına həyatını itirmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan və Türkiyənin İstiqlal Marşları səslənib. Himnin ardından tədbir iştirakçıları Anadolu Universiteti Azərbaycan Proqramlarının və Anadolu Universitetinin "Açıköğretim" Sisteminin tanıtım filmlərini izlədilər.

Anadolu Universiteti Azərbaycan Proqramlarının Koordinatoru Azər Hətəmov qonaqları salamlayaraq, tərifnamə alan tələbələri və xüsusilə onların valideynlərini təbrik edib, tələbə olmağa hazırlaşan abituriyentlərə isə düzgün seçimlə, doğru ünvanda olduqlarını vurğulayıb.

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində görülən işlərdən, Anadolu Universiteti Azərbaycan Proqramlarında olan yeniliklərdən məlumat verərək bildirib ki, proqramlarda Anadolu Universitetinin, Türkiyə səfirliyinin və Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) dəstəyi xüsusi önəm daşıyır. Anadolu Universiteti Azərbaycan Proqramlarının tərəfdaşlığını edən, ATİB İdarə Heyətin Sədri Cemal Yangın öz çıxışında, abituriyentləri, tərifnamə alan tələbələri və valideynlərini təbrik edərək, Anadolu Universitetinin tələbəsi olmağının böyük bir uğur olduğunu diqqətə çatırıb. Daha sonra "Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin Sədri Mətanət Əsgərqızı Anadolu Universiteti tələbələrinə öz təşkilatı adından "Təşəkkürnamə", Anadolu Universiteti azərbaycan Proqramları Koordinatoruna Fəxri Diplom, ATİB İH-nin sədri Cemal Yangına isə döş nişanı təqdim edib.

Anadolu Universitetindən Dosent doktoru  Ahmet Emre Demirci öz Universitet haqqında ətraflı danışaraq, abituriyentləri məlumatlandırıb.

Tədbirin sonunda tələbələrə rəsmi nümayəndələr tərəfindən "Yüksek Onur Belgesi" və "Onur Belgesi" təqdim edilib.

Anadolu-2

Strateq.az