XƏBƏR LENTİ

06 Avqust 2020
05 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 10:40

Avtobusda əlillərin yerini götürənlər işdən qovuldu – FOTOLAR
Avtobusda əlillərin yerini götürənlər işdən qovuldu - Foto
Bakıya gətirilən yeni avtobuslardan birində özbaşına olaraq konstruksiyasına dəyişiklik edilib.
Strateq.az Anspress-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə bildirilib. Sosial şəbəkələrdə bildirilir ki, 88 saylı marşrutda əlillərin üçün nəzərdə tutulmuş yer götürülüb.
Məsələyə aydınlıq gətirmək üçün “çinar-Trans” MMC-nin direktoru Etibar Manafovla əlaqə saxladıq. Etibar Manafovun ANS PRESS-ə verdiyi məumata görə, hadiədən şirkət rəhbərliyi xəbərsiz olub. Avtobusdakı əlillər üçün nəzərdə tutulan yeri həmin avtobusu idarə edən 2 sürücü özbaşına olaraq çıxarıb.
“Biz həmin sürücülər barədə Nəqliyyat Nazirliyinə və nəqliyyat departamentinə məlumat vermişik. Həmin sürücülər işdən qovulublar. Əlillərin yeri yenidən bərpa olunub. çalışacağıq ki, bundan sonra sürücülərimiz özbaşına belə iş tutmasınlar. Onlarala görüşüb, bu barədə xüsusi göstəriş vermişəm. ümumiyyətlə sərnişin avtobusunun konstruksiyasına özbaşına əlavə və çıxarış etmək qəti qadağandır”, – deyə Etibar Manafov bildirib.
Bakı şəhər Yol Polisi İdarəsindən də billdirilir ki, özbaşına olaraq sərnişin avtobuslarının konstruksiyasına dəyişiklik etmək qadağandır.
Bu barədə Bakı şəhər Dövlət Yol polsi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bildirib ki, yol polisi və nəqliyyat nazirlərinin əməkdaşları mütəmadi olaraq bununla mübarizə aparırlar.
Nəqliyyat Nazirliyi də məsələni daim diqqət mərkəzində saxladıqlarını bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, bir neçə dəfə belə sürücülər aşkarlanıb.
“Problemli avtobuslar xətdən kənarlaşdırılıb, sürücü cərimələnib, sahibkarlara xəbərdarlıq edilib. Sahibkarlar da, sürücülər də bilməlidirlər ki, avtobusların konstruksiyasına dəyişiklik etmək qanunsuz əməldir. Sahibkarlara tövsiyyə edirəm ki, bu əməllərdən çəkinsinlər. Əsk təqdirdə bu onların ziyanına olacaq”, – deyə Namiq Həsənov bildirib.