XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

15 Avqust 2016 - 17:06

Çoxsaylı dövlət müəssisə və obyektləriözəlləşdirməyə çıxarılıb

ozelleshdirme-portali

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qərarı ilə çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb.

ƏMDK-nin mətbuat xidmətindən bildirilib ki, Komitə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edib.

Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərirlər.

Hərraclar barədə məlumat ƏMDK-nin rəsmi orqanı olan "Mülkiyyət" qəzetində və Komitənin yenicə istifadəyə verilən özəlləşdirmə portalında yerləşdirilib.

Bundan başqa, Komitə tərəfindən yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti, gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanıb və qeyd olunan özəlləşdirmə portalında yerləşdirilib.

Qarşıdakı dövrdə çoxlu sayda dövlət müəssisə və obyektlərin mərhələli şəkildə özəlləşdirməyə çıxarılması planlaşdırılır. Eyni zamanda, ƏMDK tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nın özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edilib. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.

Əmlak Komitəsinin bununla bağlı məlumatında qeyd edilir ki, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsi,  geniş alıcı kütləsinin cəlb edilməsi istiqamətində tədbirlər görülür. Hərraca çıxarılan dövlət əmlakları barədə indi daha geniş və təfərrüatlı məlumat təqdim olunur.

Belə ki, investorlar Özəlləşdirmə Portalına daxil olaraq özəlləşən müəssisə və əmlakların yeri ilə bağlı (Google Maps-dan çıxarış olaraq) xəritə məlumatları ilə tanış ola bilərlər.

Xəritə məlumatları ilə yanaşı, portalda müəssisələrin, əmlakların və nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotoşəkillər də əksini tapıb. Bütün bunlar investorlar və özəlləşdirmədə iştirak etmək niyyəti olan potensial iştirakçıların satılan əmlaklar barədə daha geniş məlumata malik olmasına imkan verəcək.

Azərbaycandakı özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi məqsədilə portaldakı bütün məlumatlar Azərbaycan dili ilə yanaşı, ingilis dilində də təqdim olunacaq.

Eləcə də, investorlar üçün onlayn məlumatlandırma sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat almaq mümkündür.

İnvestorlar onları maraqlandıran sualları ƏMDK-nin Facebook sosial şəbəkəsindəki səhifəsinə də ünvanlaya bilərlər. Həmçinin iddiaçılara yerlərdə baxış üçündə şərait yaradılacaqdır.    

ƏMDK yerli və xarici iş adamlarını, mülkiyyətçi olmaq istəyən hər bir vətəndaşı özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Strateq.az