XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 20:23

Sabah Bakının bəzi rayonlarında qazla bağlı məhdudiyyət olacaq

qaz

Sabah Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə avqustun 17-də saat  09:00-dan 18:00-dək Binəqədi rayonu 28-may və Mədən yaşayış massivi ərazisində, həmçinin Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Səbail rayonunun Bayıl və Badamdar ərazisinin qaz təchizatına təsir göstərməsi mümkündür.