XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

17 Avqust 2016 - 15:27

Səhiyyə Nazirliyi:“Risk qrupundan olan hamilələrə nəzarət gücləndirilib”

sehiyye-nazirliyi

“Risk qrupundan olan hamilələrə nəzarət gücləndirilib. Risk qrupuna daxil olan hamilələr bu gün antenatal qulluğun əsas hədəf nöqtəsidir. Bu kateqoriyalı hamilələrə vaxtında lazımı səviyyədə  tibbi xidmət göstərilsə ana ölümləri hallarının sayı əhəmiyyətli dərəcədə azalar”.

Bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin (RPM) direktoru Sevinc Məmmədova deyib. (APA)

O bildirib ki, bu sahədə tibbi xidmətin təkmilləşdirilməsi ilə bağlı mütəmadi  işlər aparılır: “Şəhərlərdə, regionlarda antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması istiqamətində mütəmadi işlər görülür. Vahid hamilələr registrinin mövcudluğu hər hansı bir həkimə müraciət edən hamilə barəsində tibbi məlumatı əldə edib, müvafiq yardımın təşkil edilməsində böyük rol oynayır. Eyni zamanda, ölkəmizdə aparılan həkimlərin və orta tibb personalın sertifikasiyası tibb personalın bilik və bacarıqlarını artırılmasına və bununla da göstərdiyi antenatal və doğuşayardim stasionar xidmətinin keyfiyyətini artırmaq imkanlarını yaradıb”.

S. Məmmədova qeyd edib ki, Səhiyyə Nazirliyinin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə”  23 saylı sərəncamına əsasən 6 aparıcı müəssisənin əməkdaşları qrup şəklində 6 Regional Perinatal Mərkəzə ezam olunub: “Bu sərəncama uyğun olaraq Respublika Perinatal Mərkəzin, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxananın, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşmə İnstitutunun, Azərbaycan Tibb Universitetinin Mamalıq-ginekologiya Kafedrasının əməkdaşları qrup şəklində mütəmadi  olaraq bu ilin martın 1-dən bu günədək Quba, Lənkəran, Gəncə, Şəki Respublika Perinatal Mərkəzlərinə, Bərdə və  Şirvan doğum evlərinə ezam  olunublar. Hər qrupda 1 həkim mama-ginekoloq, 1 anestezioloq-reanimatoloq  və 1 həkim neonatoloq 7 gündən az  olmayaraq rayonda fəaliyyət  göstərir”.

Komissiya sədri onu da qeyd edib ki, əlavə olaraq, bu ilin iyulun 1-dən Bakı  şəhərinin qadın məsləhətxanalarında çalışan həkim ginekoloqlar da regionlara antenatal qulluğun təkmilləşdirilməsi məqsədi ilə ezam olunublar: “Aparılan işlər adı çəkilən xidmətlərin keyfiyyət və kəmiyyətcə  yaxşılaşdırılmasına təkan verib”.