XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 August 2016 - 16:42

İndoneziya Bakıda müstəqillik gününü qeyd etdi:Səfir piano çaldı

indoneziaya

İndoneziya dövlət müstəqilliyinin 71-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfiri Husnan Bey Fananie iqamətgahında qəbul təşkil edib.

Tədbirə ölkənin dövlət bayrağının təntənəli ucaldılma mərasimi ilə start verildi. Daha sonra səfir ölkəsinin müstəqillik yollarından söhbət açdı.

Xarici ölkələrin Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin, media işçilərinin, tələbələrin və ölkəmizdə yaşayan indoneziyalıların qatıldığı tədbirdə İndoneziya mətbəxindən müxtəlif təamlar təqdim olundu. Daha sonra səfir Husnan Bey Fananienin pianoda ifasında müxtəlif musiqilər səsləndirildi.

Strateq.az