İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 27-32° isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Temperatur gecə 14-19°, gündüz 31-36° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında da hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Temperaturun gecə 18-23°, gündüz 28-33° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 24-29° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gün ərzində əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 29-34° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək və şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23°, gündüz 27-32°, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.