XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

19 Avqust 2016 - 19:56

Müsabiqə başa çatdı –1793 nəfər müəllim adını qazandı

tehsil-nazirliyi-manset

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibə mərhələsinə müvafiq keçid balını toplayıb vakant yeri tutmaq hüququ əldə edən 2371 nəfər dəvət olunub. Dəvət olunanlardan 269 nəfəri müsahibədə iştirak etməyib. Müsahibədə iştirak edənlərdən 1793 nəfəri müəllim adını qazanıb. Namizədlərin müsahibə nəticələri şəxsi səhifələrində yerləşdirilib.

Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər 30 avqust 2016-cı il tarixədək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər növbəti yerləşdirmədə iştirak edə biləcəklər. Növbəti yerləşdirmədə tutulmayan və tədris ili başlayanadək yaranan yeni vakant yerlər elan ediləcəkdir. Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.