İranın kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbiin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu oktyabr ayında İrana səfərə dəvət edib.
Strateq.az bildirir ki, bu barədə rəsmi dəvəti İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin Səlim Müslümovla görüşündə nazirə təqdim edib.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri dəvətnaməyə görə öz təşəkkürünü bildirərək həmin tarixdə İrana səfər edə biləcəyinə ümidvar olduğunu deyib.
İşçilərin rifahı, əlillərin vəziyyətinin yaxşılaşdırılması, yaşlıların və başsız uşaqların müdafiəsi, narkotika qurşananların müalicəsi, iş yerlərinin yaradılması İran və Azərbaycan Respublikasının əməkdaşlıq gündəmində durur.