XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 11:03

Səlim Müslümovun qəbuluna düşmək niyə mümkün olmur? – Şikayətçilər fəryad edir (VİDEO)

Şikayətçi lqar Qəniyev nazirliyin Mərdəkan Müalicə Pansionatında yaşayır.

Bu yaxınlarda Mərdəkandan köçürüləcəklərini deyən vətəndaş onu narahat edən suallarla nazirin qəbuluna gəldiyini deyir:

“Bizi də Gəncəyə köçürürlər. Mən də Gəncəni istəmirəm. Nazir bizim yanımıza gələndə, ona dedim ki, xahiş edirəm, məni evlə təmin edin. Nazir dedi ki, sizi icra hakimiyyəti evlə təmin etməlidir. Getdim icra başçısının yanına, İbrahim müəllim dedi ki, (Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev-İ.A.) sizi evlə nazir təmin etməlidir. İndi mən qalmışam arada. Bura da gəlirəm, nazir məni qəbul etmir. Deyirlər ki, bu məsələ üzrə nazir qəbul etmir. İndi qalmışam arada. Mən Gəncəyə getməyəcəm. Ev verməyəcəklərsə, gəlib, küçələrdə, nazirliyin qarşısında yaşayacam”.

Qarabağ müharibəsi iştirakçısı Növrəstə Yusifova da nazirin qəbuluna girə bilmədiyini deyir:

“Gəlirsən, aidiyyatı üzrə nazirlə bir sözün varsa, nazirin qəbuluna düşə bilmirsən. Qəbula yazırlar, görürsən ki, başqa otaqlara göndərirlər səni. Bu, necə olar? Belə şey olar? Sonra da deyirsən ki, bəs niyə cavab glmədi? Deyirlər ki, nazirin xəbəri yoxdur. Gah da o ümumi qəbul otağında deyirlər ki, kimisə görməlisən ki, nazirin qəbuluna düşəsən. Mən burda hələ görməmişəm ki, nazirin qəbuluna düşüm. Bu ümumi səbəbdən bu vəziyyətdə olan insanlar necə? Əli-ayağı yerində olan mən gəlirəm, düşə bilmirəm. Bunlar nə etsin?”

Şikayətçilər danışarkən nazirliyin əməkdaşı çəkilişə mane olmaq istəyir. Buna etiraz edən Növrəstə Yusifova əlilliyi olan insanların nazirliyə gəlməsinin maddi tərəfdən də çətin olduğunu deyir:

“Hər dəfə elə avtomobilə minirlər ki, araba qarışıq bunları mindirə bilsinlər. Bu da bir manat deyil, iki manat deyil. İndi bax, bunun şikayəti. Mərdəkandan gəlib. ümumi səbəbdəndir, Qarabağ əlilidir, dəxli yoxdur. İnsandır, əlildir. Əlillərə belə mövqe olmaz axı. Əlillərə belə münasibət olmaz axı”.

Türkiyədə müalicə olunmaq üçün sənədlərini təqdim edən 29 yaşlı Yuzvin Nikolayeviç də nazirlə görüşə bilmədiyini deyir:

“Nazirin qəbuluna düşə bilmirəm. Deyirlər ki, nazirin qəbuluna düşmək asandır. Amma yalan söhbətdir. Bir də ki, mən Türkiyəyə getmək istəyirdim. Getdim, rəyimi aldım. Sonra dedilər ki, çağıracağıq. Elə oldu ki, məni aldatdılar. İki dəfə məni aldatdılar. Amma mənim yerimə sağlamları apardılar. Faktiki mənim müalicəyə ehtiyacım var. Amma ki, aparmadılar”.

Məlum nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə bildirir ki, şikayəçti vətəndaşlar dəfələrlə nazirin qəbulunda olublar. İlqar Qəniyevin şikayətinə gəlincə:

“Birinci şikayətçi birinci qrup ümumi səbəbdən əlildir. Dəfələrlə qəbulda olub. Ona izah olunub ki, birinci qrup ümumi səbəbdən əlillərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ev vermir. Nazirliyin belə bir səlahiyyəti yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanunvericiliyə uyğun olaraq, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə ev verir”.

Qurum təmsilçisi çəkiliş vaxtı Naxçıvandan gələn şikayətçiyə nazirliyin əməkdaşları tərəfindən qəbul olunacağını bildirdi. çəkilişdən sonra Elman Babayev bildirib ki, artıq qadının şikayətinin həll olunması üçün Naxçıvan Səhiyyə Nazirliyinə müraciət ünvanlayıblar. Qurum sözcüsü onu da deyib ki, bu il nazirlik 115 əlilliyi olan şəxsi müalicəyə göndərib. Şikayətçi Yuzvin Nikolayeviçin növbəsi çatanda, o da müalicəyə göndəriləcək.

Beləcə, nazir Səlim Müslümovu görməyə gələn vətəndaşlardan kameraya danışanların hamısı onu görə bilmədiyini dedi. Vətəndaşlar üçün təyin olunmuş 3 saat vaxtı nazirin kimləri qəbul etməsi sualı isə açıq qalır(Meydan.tv)