Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Komitənin sədri Mübariz Qurbanlı avqustun 31-də Qazax rayonunda Ağstafa, Tovuz və Qazax rayonlarının sakinlərini qəbul edəcək.
Qəbul Qazax şəhər Ədəbiyyat Muzeyində (ünvan: Heydər Əliyev prospekti 98A) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etməlidirlər.