XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 August 2016 - 16:04

İşçilərin gecikdirilən 776 manatı ödətdirilib, 20 nəfər işinə bərpa edilib –Nazirlik

Emek-Nazirliyi

Bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan vətəndaş müraciətlərinin bir qismində əmək haqqı və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən onlara ödənilməsinin gecikdirilməsi ifadə olunub.

Strateq.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətinə istinadən bildirir ki, məlumatda cari ildə işəgötürənlər tərəfindən 776 min 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin təmin edildiyi vurrğulanıb:

"Qeyd olunan vəsaitin 95%-ni gecikdirilmiş əmək haqları təşkil edib. Həmçinin, 3%-i gecikdirilmiş sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.

Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı Əmək Məcəlləsindən irəli gələn tələblər barədə işəgötürənlərə hüquqi izahatlar veriblər.

Ayrı-ayrı vətəndaşların qeyri-qanuni şəkildə işdən azad edilmələrinə dair müraciətləri də Xidmət tərəfindən araşdırılıb. Nəticədə 20 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunub və həmin işçilərin yenidən əvvəlki işlərinə bərpa olunmaları təmin edilib".