XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 13:16

Azərbaycandakı talassemiyalıxəstələrin sayı açıqlandı

Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış talassemiyalı xəstələrin sayı ötən il 213 nəfər olub.

Azərtac xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin rəsmi statistik məcmuəsində məlumat verilib.

Statistik rəqəmlər ölkəmizdə talassemiyalı xəstələrin sayında azalma müşahidə olunduğunu göstərir. Belə ki, talassemiyalı xəstələrin sayı 2010-cu ildə 359 nəfər, 2011-ci ildə 510 nəfər, 2012-ci ildə 482 nəfər, 2014-cü ildə isə 530 nəfər olub. Bununla yanaşı, 17 yaşadək talassemiyalı uşaqların sayında da azalma qeydə alınıb. Belə ki, 2010-cu ildə belə uşaqların sayı 282 nəfər, 2014-cü ildə 347 nəfər, ötən il isə 155 nəfər təşkil edib.

Rəsmi nəşrdə bildirilir ki, ötən il müalicə-profilaktika müəssisələrində 2593 talassemiyalı xəstə qeydiyyata alınıb. Onlardan 1691-i 17 yaşadək uşaqlar olub.