XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2016 - 15:33

Dərbənddəki “Nizami” parkı zibilxanaya çevrilib –Yerli sakinlər narazıdır - FOTO

park nizami

Dağıstanın Dərbənd şəhərində yerləşən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan park baxımsızlıq üzündən zibillyə çevrilib.

Strateq.az bildirir ki, bu barədə Dərbənd azərbaycanlılarının milli-mədəni muxtariyyətinin sədri Əsədulla Paşayev deyib. Onun sözlərinə görə, yerli hakimiyyət parkın abadlaşdırılması üçün heç nə etmir. Parkın ərazisi zibilxanaya çevrilib. Naməlum adamlar parkın ətrafında vaxtaşırı müvəqqəti zoopark açır, sirk nömrələri göstərir və bununla yaxşı pul qazanırlar. Getdikdən sonra parkda zibil və heyvan nəcislərini saxlayırlar.  

Yerli hökumətin belə laqeydliyi parkın gələcəyini sual altında qoyur.

Xatırladaq ki, Nizaminin heykəli 1992-ci ildə yerli sakinlərin maliyyə vəsaiti ilə Azərbaycanda hazırlanıb və Dərbəndə aparılıb.