XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

30 Avqust 2016 - 16:30

Sentyabrın 5-dək bütün dərsliklərşagirdlərə paylanacaq

Təhsil Nazirliyi sentyabrın 5-dək bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu məqsədlə 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub.

Yeni nəşr olunmuş dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

Təhsil Nazirliyi şagirdlərə və onların valideynlərinə müraciət edərək bildirir ki, sentyabrın 5-dək aidiyyəti məktəblərdən dərslikləri əldə etsinlər.