XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 August 2016 - 15:52

Kiş çayı üzərində yeni körpününtikintisinə başlanılıb

Kiş çayı üzərində yeni körpünün tikintisinə başlanılıb. Tikinti işləri “Evrascon” ASC tərəfindən aparılır.

Bu il iyulun əvvəlində güclü sel Kiş çayı üzərindəki avtomobil körpüsünü dağıtdığından Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. Həmin vaxtdan kəndə gediş-gəliş çayın üzərindəki müvəqqəti körpü vasitəsilə həyata keçirilir.

Azərtac xəbər verir ki, bir aşırımlı yeni körpünün uzunluğu 81 metr olacaq. Hazırda körpü dayaqlarının quraşdırılması və betonlanması işlərinə başlanılıb. İş icraçısı Sabir Musayev bildirib ki, mürəkkəb konstruksiyalı yeni körpü öz möhkəmliyi və möhtəşəmliyi ilə əvvəlkindən tam fərqlənəcək.

Xatırladaq ki, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 17-də imzaladığı Sərəncama əsasən 4 milyon manat ayrılıb.