XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

05 Sentyabr 2016 - 12:47

İpoteka krediti götürən yoxdur –3 ay ərzində banklara heç kim müraciət etməyib

ipoteka

Azərbaycan İpoteka Fondunun müvəkkil bankları avqustda ipoteka krediti verməyib.

Fondun məlumatına görə, 1 iyuna kimi ölkədə 730 mln 802,42 min manat məbləğində 17 min 997 ipoteka krediti verilib. Yəni yayda kredit verilməyib, ilin əvvəlindən isə 1 mln 64,9 min manat məbləğində 72 kredit verilib – hər sorğuya 15 min manat. (Turan)

Ötən ilki devalvasiyanın nəticələri indi də hiss edilir – ötən il 97 mln 273,98 min manat məbləğində 2 min 146 kredit verilib. Ekspertlərin fikrincə, bank böhranı yüksək səviyyədədir və az gəlir gətirən (ildə 8%) ipoteka krediti ona görə təxirə salınıb.

Xatırladaq ki, ipoteka kreditləşməsinə 1 yanvar 2006-cı ildən başlanılıb. Güzəştli kreditləşmə (4%) 2007-ci ilin iyulundan verilmir. 1 iyun 2016-cı ildən isə ipoteka krediti verilməsi dayandırılıb.