XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2016 - 19:34

Bəzi şagirdlər dərsliklərlə niyə təmin olunmayıb?- Nazirlikdən açıqlama

tehsil-nazirliyi

Dərsliklərin şagirdlərə çatdırılması prosesi barədə Təhsil Nazirliyigündəlik olaraq yerlərdən məlumatlar alır.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mövcud məlumatlara əsasən, şagirdlərin dərsliklərlə təmin olunma səviyyəsi 70-100 faiz arasında dəyişir. Bəzi yerlərdə şagirdlərin dərsliklərlə təminatının tam başa çatmaması yay fəsli ilə əlaqədar bir sıra ailələrin istirahətdə olması səbəbindən məktəblərə müraciət edə bilməməsi ilə bağlıdır.

Təhsil Nazirliyi tərəfindən valideynlərə və şagirdlərə məktəblərdən dərslikləri əldə etmələri üçün KİV vasitəsilə çoxsaylı müraciət olub. Nazirlik bir daha şagirdləri və onların valideynlərini məktəblərə müraciət edərək, dərslikləri əldə etməyə çağırır.

Qeyd edək ki, Təhsil Nazirliyi bir müddət öncə mətbuata açıqlamasında sentyabrın 5-dək Azərbaycanda yeni tədris ili üçün bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin ediləcəyini bildirib.