XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2015 - 07:36

Rusiyada əcnəbi yeməklərə qadağa qoyulur

restoran.jpg

Rusiya Dövlət Duması restoranların yemək menyusundakı əcnəbi yeməklərə limit qoymaq barədə təklifi müzakirə edəcək.

Strateq.az “İzvestiya” qəzetinə istinadən bildirir ki, bununla bağlı KPRF (Rusiya Kommunist Partiyası) qanun layihəsi hazırlayır. Kommunistlarin fikrincə, restoran menyularında rus mətbəxinin payını 50 faiz artırmaq vacibdir.

Yeni qanun layihəsini deputat Vadim Solovyov hazırlayıb və Dumanın payız sessiyasında müzakitəyə təqdim edəcək.

“Moskvada iaşə obyektlərində fransız, italyan, yapon mətbəxi göz deşir. Mən rus olaraq öz milli mətbəximi çox xoşalayıram və öz yeməklərimə üstünlük verirəm. Amma Moskvanın mərkəzində, Dumanın həndəvərində bizim mətbəxin yeməklərini təqdim edən restoranlar həddən artıq azdır”,-deyə kommunist deputat gileylənib.