XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2015 - 11:43

Gömrük Komitəsi YAP-çı deputatın ittihamlarına cavab verdi

gom.jpg

Dövlət Gömrük Komitəsi geni dəyişdirilmiş malların ölkə ərazisinə daxil olmasına yol verilmədiyini bildirib.

DGK-dan Strateq.az-a daxil olan məlumata görə, kənd təsərrüfatı məhsullarının, o cümlədən toxumların, əkin materiallarının ölkə ərazisinə gətirilməsi zamanı məhsulların növünə və xarakterinə uyğun olaraq mütləq qaydada zəruri olan sertifikatlar, icazə sənədləri, dövlət qeydiyyatında olmasını təsdiq edən sənədlər tələb edilir. Eyni zamanda, bitki nümunələri “GMO bitkilərinin beynəlxalq miqyasda tanınan siyahısı” ilə tutuşdurulur və qablaşdırılan taranın üzərindəki etiketlərə baxış keçirilir.

Malların genetik modifikasiya olmasına dair şübhə yarandıqda dərhal müvafiq rəylərin alınması üçün əlavə yoxlama prosedurları aparılır və laborator müayinələr keçirilməsi nəzərdə tutulur.

Strateq.az xatırladır ki, dünən verdiyi müsahibədə Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov ölkəyə sərhəddən geni dəyişdirilmiş toxumların və meyvələrin keçirilməsi faktlarını olduğunu bildirib.