XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

28 İyul 2015 - 21:55

Jurnalisti döydü, işdən qovuldu

Apasport.az saytının məlumatına görə, Meksika millisinin baş məşqçinin istefaya göndərilməsinə səbəb jurnalist Kristian Martinoliyə əl qaldırması olub.

Meksika Futbol Federasiyasının baş katibi Desio de Mariya açıqlamasında buna belə şərh verib:

“Karyerası ərzində yığma komanda ilə uğurlar əldə etməsinə baxmayaraq, baş məşqçi ilə yolları ayırdıq. Onun jurnalistə əl qaldırması yol verilməz idi. M. Errera başa düşməli idi ki, jurnalist istənilən halda haqlıdır. Əgər idman yazarı komandanı tənqid edirsə, deməli, nəsə problem var. Baxmayaraq ki, Meksika yığması ABŞ-da kubok qazanıb. Jurnalistə əl qaldıran və onu hədələyən mütəxəssisin yığma komandaya başçılıq etməsi ədalətsizlik olardı. Miqel Errera bağışlanmaz səhvə yol verib və buna görə də vəzifəsindən azad olunub”.