XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2015 - 11:27

Kəmaləddin Heydərov Qax şəhərində vətəndaşları qəbul edəcək

kamal bayraq.jpg

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 iyul 2015-ci il tarixində Qax şəhərində, Heydər Əliyev Mərkəzində saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Bu barədə Strateq.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda yalnız Qax, Şəki, Oğuz, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Qax şəhəri, N.Nərimanov küçəsi, 4) 30 iyul 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.