Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrə səyahətə gedən Azərbaycan vətəndaşlarına müraciət edib.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yay mövsümü ilə əlaqədar olaraq, Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır.
Bununla əlaqədar, nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsi ilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.