XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 September 2016 - 14:14

Xalq artisti xəstəxanadan evə buraxılıb

muxtar-mani

Xalq artisti Muxtar Maniyev xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. Onun sözlərinə görə, aktyor Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsindən çıxarılıb, müalicəsi ev şəraitində davam edəcək:

 “İstədik Qurban bayramını evdə keçirsin, xəstəxanada qalmasın. Özü də çox darıxırdı. Şükür Allaha, vəziyyəti əvvəlki kimi pis deyil, normallaşıb. Düzdür, həkimlər məsləhət gördü ki, bir-iki gün palata şəraitində müalicə alsın, özümüz razı olmadıq. Qorxulu heç nə yoxdur, xəstəxanada olan dava-dərmanı həkim çağırıb evdə edəcəyik”.

  Qeyd edək ki, M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

 M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.