APA-nın məlumatına görə, BMT-nin Demoqrafiya məruzəsində belə deyilir.
2030-cu ildə dünyada əhalinin sayı 8,5 milyard, 2050-ci ildə isə – 9,7 milyard təşkil edəcək. Hazırda Yer kürəsində 7,3 milyard insan yaşayır.
Hesablamalara əsasən, 2022-ci ilədək Hindistan əhalinin sayına görə çini ötüb keçəcək, 2050-ci ildə isə Nigeriya ABŞ-ı qabaqlayaraq dünyada 3-ü yerə çıxacaq.
Məruzədə həmçinin qeyd edilir ki, 2050-ci ildə yaşı 60-dan çox olan insanların sayı ikiqat artacaq, Avropada isə ahıl yaşlı insanların sayı 34% təşkil edəcək.