XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 15:17

Göygöldə yeni tədris ilinə hazırlıq başa çatıb –Rayon üzrə 9328 şagird təhsil alacaq

goygol-1

"Göygöl rayon məktəblərində yeni tədris ilinə hazırlıq işləri başa çatıb, əksər məktəblər tədris ilinə tam hazırdır".

Bu haqda Strateq.az-a rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədova məlumat verib.

Raminə Məmmədovanın sözlərinə görə, şəhərdəki 3 saylı tam orta məktəbdə, Mollacəlilli, Qarabulaq, Çaykənd və Balçılı kəndlərində təhsil ocaqları yeni tədris ilinə əsaslı təmir edilib: "Rayonun bütün tam orta məktəblərində komputer otaqları, fənn kabinetləri, fizika və kimya laboratoriyaları yaradılıb. Mollacəllili kəndindəki 280 yerlik tam orta məktəbdə də əsaslı təmir işləri aparılırBundan başqa, Mollacəllili kənd tam orta məktəbində 120 yerlik əlavə tədris korpusu da inşa olunur. Məktəbin həyətində idman meydançası, yeni yaşıllıq sahələri yaradılır."

Raminə Məmmədova onu da bildirib ki, Göygöl rayononunda yeni dərs ilində I sinfə 1062 şagird qəbul  olunub: "Ümumilikdə 2016-2017-ci dərs ilində rayon üzrə 9328 şagirdin təhsil alacağı gözlənilir".