XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 16:53

Mübariz Qurbanlı “Yehovanın Şahidləri”ninnümayəndələri ilə görüşüb - FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzmanı qəbul edib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, M.Qurbanlı Dövlət Komitəsinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. Ölkə əhalisinin 96%-nin İslam dininə mənsub olduğunu diqqətə çatdıran Komitə sədri milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu vurğulayıb. O, ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini dözümlülüyə və tolerantlığa hörmət göstərilməsinə, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. M.Qurbanlı Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradıldığını, “Yehovanın şahidləri”nin də Azərbaycanda icmasının olduğunu, lakin yenidən dövlət qeydiyyatından keçmədiyini onların diqqətinə çatdırıb.

Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.

Sonda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər.
Qəbulda Dövlət Komitəsi sədrinin müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılov da iştirak ediblər.