XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 12:19

Səhiyyə Nazirliyi tibb bacılarının və feldşerlərin yenidən sertifikasiyasına başlayır

tibb

Səhiyyə Nazirliyi səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə müraciət edib.

 Nazirliyin Sertifikasiya Komissiyasından  verilən məlumata görə, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş səhiyyə mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

 "Yuxarıda qeyd olunanları nəzərə alaraq, sertifikasiya şəhadətnamələrinin etibarlılıq müddəti sona çatacaq orta tibb işçilərinin cari təkmilləşdirmə kurslarına vaxtında cəlb edilməsi və yenidən sertifikasiya imtahanlarında iştirakını təmin etmək xahiş olunur” – deyə, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinə müraciətdə bildirilir.